“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Xocalı soyqırmının 29-cu ildönümü günü faciəyə həsr olunmuş beynəlxalq onlayn konfrans keçrib

Dünyanın ondan çox ölkəsindən yüzdən artıq iştirakçının qatıldığı beynəlxalq onlayn konfransda edilən çıxışlarda Xocalıya ədalət tələb olunub. Planetin tanınmış siyasi ekspertləri, ictimai-siyasi xadimlər, millət vəkilləri, jurnaslistlər çıxışlarında bildiriblər ki, Xocalı soyqırmı cinayətini törətmiş şəxslər üçün beynəlxalq tribunal qurulmalı, canilər mütləq şəkildə cəzalandırılmalıdır. Belə olmazsa, bundan sonra da insanlıq bənzər cinayətlərdən əziyyət çəkəcək, Xocalı soyqırımına oxşar hadisələr təkrarlanacaq. Konfrans iştirakçıları dünya dövlətlərinə çağırış edərək onları Xocalı soyqırımını rəsmən tanımağa dəvət ediblər. 29 il əvvəl Ermənistanın dövlət terror siyasətinin təzahürü olaraq törətdiyi Xocalı qətliamı bəşər tarixinin ən ağrılı səhifələrindən və insanlıq üçün utancverici qəddarlıq aktlarından biridir. “İMZA”-nın təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyasına dəstək məqsədi ilə keçirilən beynəlxalq onlayn konfransın iştirakçıları Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iradəsi və əzmi sayəsində ordumuzun 44 günlük Vətən müharibəsində məhv etdiyi erməni faşizminin yenidən dirçəldilməsi cəhdlərinə mütərəqqi bəşəriyyətin yol verməməsinə çağırış ediblər.

Paylaş