İxrac olunan bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

Bakı, 16 mart,  İMZAİNFO
Yanvar ayında Azərbaycandan dəyəri 39 min ABŞ dolları olan 50,5 ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.
İMZAİNFO xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ay ərzində ölkədən, həmçinin 12,98 milyon dollarlıq 34,2 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 1,34 milyon dollarlıq 9,23 min ton maye qaz, 1,68 milyon dollarlıq 28,09 min ton neft koksu göndərilib.
Paylaş