Kənd təsərrüfatı məhsullarının istehsalı 3,4 faiz artıb

Bakı, 26 yanvar, İMZAİNFO
2021-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 163,4 milyon manat təşkil edib ki, onun da 4 milyard 652,4 milyon manatı heyvandarlıq, 4 milyard 511 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən  İMZAİNFO-ya bildirilib ki, 2020-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4 faiz artım olub.
Paylaş