Kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

Bakı, 20 iyun, İMZAİNFO
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2022-ci il mayın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz artaraq milli valyuta ekvivalentində 18,3 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən İMZAİNFO-ya bildirilib ki, ümumi kredit portfelinin 14,7 milyard manatı və ya 80,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 26,8 faiz azalaraq 674,8 milyon manat olub və ümumi kredit portfelinin 3,7 faizini təşkil edib.
Paylaş