Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb

Bakı, 16 may, İMZAİNFO
Mayın 16-da Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb, Qusarçayın Kuzun və Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqələrində suyun səviyyəsində 3, Şəmkirçayın Qalakənd məntəqəsində 11 santimetr artım qeydə alınıb. Kürəkçayın Çaykənd məntəqəsində 2, Gəncəçayın Zurnabad, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqələrində 3, Lənkərançay-Sifidor və Təngərüdçay-Vaqo məntəqələrində isə suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən İMZAİNFO-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 405 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 54 faizini təşkil edir. Hazırda sululuq keçən illə müqayisədə 23 faiz çoxdur.
Məntəqədə orta su sərfi mayın 15-də saniyədə 435 kubmetr, maksimal su sərfi mayın 15-də saat 08:00-da 465 kubmetr təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 16 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 173 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 85 faizini təşkil edir. Hazırda sululuq keçən illə müqayisədə 29 faiz çoxdur.
Məntəqədə orta su sərfi mayın 15-də 194 kubmetr/saniyə, maksimal su sərfi mayın 15-də saat 08:00-da 197 kubmetr/saniyə təşkil edib.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 506 santimetr, su sərfi isə 270 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi mayın 15-də 268 kubmetr/saniyə, maksimal su sərfi mayın 15-də saat 08:00-da 277 kubmetr/saniyə təşkil edib.
Kür-Şirvanda suyun səviyyəsi 14 santimetr azalaraq 307 santimetr olub. Məntəqədə orta səviyyə mayın 15-də 318, maksimal səviyyə isə mayın 15-də saat 08:00-da 321 santimetrə bərabər olub.
Kür-Bankədə suyun səviyyəsi 2 santimetr azalaraq 161 santimetr, su sərfi saniyədə 144 kubmetr olub. Məntəqədə orta su sərfi mayın 15-də 143 kubmetr/saniyə, maksimal su sərfi mayın 15-də saat 08:00-da saniyədə 146 kubmetr təşkil edib.
Paylaş