Kürdəmirdə yazlıq kartof əkini davam edir

Kürdəmir, 8 fevral,  İMZAİNFO
Əlverişli keçən hər gündən səmərəli istifadə etməyə çalışan Kürdəmir rayonunun torpaq mülkiyyətçiləri yazlıq kartof əkinini uğurla davam etdirirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  İMZAİNFO-nun bölgə müxbirinə bildirilib ki, ötən il 897 hektarda kartof əkən və sahələrdən 11 min 751 ton məhsul istehsal edən torpaq mülkiyyətçiləri cari mövsümdə əkin sahəsini azı 950 hektara çatdırmaq əzmindədirlər.
Hazırda rayonun xüsusilə kartofçuluqla daha çox məşğul olan Kürqırağı ərazilərində, o cümlədən Ərəbqubalı, Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər ərazi dairələrində sakinlər ailə təsərrüfatında xüsusi əhəmiyyət kəsb edən bu mühüm kampaniyanı vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün ciddi səy göstərirlər.
Paylaş