Latviya Seyminin nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb

Ağdam, 9 iyun, İMZAİNFO
Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
İMZAİNFO -nun bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etməkdir. Nümayəndə heyəti ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olacaqlar.

Paylaş