Lerikdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Lerik, 20 yanvar, İMZAİNFO

Yanvarın 20-də Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

  • İMZAİNFO-nun bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqalların, ziyalıların və ictimaiyyətin nümayəndələri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Paylaş