Luka Visentini: Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndiririk

Bakı, 18 mart, İMZAİNFO
Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyevin PARŞ-ın və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini ilə onlayn görüşü keçirilib.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən İMZAİNFO-ya bildirilib ki, görüşdə Avropada həmkarlar ittifaqlarının fəaliyyəti, görülən işlər, beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələri, perspektivləri müzakirə olunub.
Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının builki iş planı, qarşıda duran vəzifələr, görülmüş işlər, həmçinin həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıb.
Luka Visentini Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində onlara uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Paylaş