“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə xüsusi nəzarət aparılacaq

Bakı, 27 avqust, İMZAİNFO

Məktəblər açılanda “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə xüsusi nəzarət aparılacaq.

İMZAİNFO xəbər verir ki, bunu COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, layihə əməkdaşları məktəblərdə hərarətin ölçülməsinə, spirtdən istifadəyə və ara məsafənin qorunmasına nəzarət edəcəklər.

Xatırladaq ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Paylaş