Marsı tədqiq edəcək kosmik zondda “NHK” yayım şirkətinin kameraları quraşdırılacaq

Tokio, 13 sentyabr, İMZAİNFO

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) və “NHK” yayım şirkəti Mars planetini və onun peyklərini tədqiq etmək üçün yüksəkhəllə malik 8K kameralarından istifadə etməyi planlaşdırır.

İMZAİNFO Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, JAXA 2024-cü ilin aprelində başlayacaq maliyyə ilində “Martian Moon eXploration” (MMX) zondunu kosmosa buraxmağı planlaşdırır. Marsa yaxınlaşacaq zond bu planetlə yanaşı, onun “Fobos” və “Deymos” adlı iki peykini də tədqiq edəcək.

Hazırda “NHK” və JAXA tərəfindən zondda quraşdırılması nəzərdə tutulan 4K və 8K kameraların hazırlanması ilə əlaqədar birgə iş davam etdirilir. Həmin kameralar vasitəsilə həyat keçiriləcək çəkilişlərin bir qisminin Yerə göndəriləcəyi, ilkin görüntülərin isə rəqəmsal formatda zonddakı kapsulda toplanacağı bildirilir. Həmin kapsul da müəyyən müddətdən sonra Yerə göndəriləcək.

Paylaş