Mayın 16-da Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb

Bakı, 16 may, İMZAİNFO
Mayın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan İMZAİNFO-ya bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 687 min 648, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 343 min 839, ikinci mərhələ üzrə 4 milyon 844 min 47, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 256 min 620, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 243 min 142-dir.
Paylaş