Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri fermerlərlə görüşüb

Bakı, 31 may,  İMZAİNFO
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov fermerlərlə videokonfrans şəklində görüş keçirib.
ASC-nin nümayəndəsi Dilqəm Şərifovun  İMZAİNFO-ya verdiyi məlumata görə, su təminatının daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi ilə 17 rayon üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlər Aqrar İnkişaf Mərkəzi yanında Fermlər Şurasının üzvləri ilə videokonfrans şəklində görüş olub. Görüşdə Cəmiyyətin sədr müavinləri Rafiq Aslanov və Zakir Quliyev, yerli istismar idarələri və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər. Görüşün məqsədi su təminatının daha da yaxşılaşdırılması və onlarin həll yolları ilə bağlı idi.
Videokonfransda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və sədr müavinləri Rafiq Aslanov, Zakir Quliyev fermerlər tərəfindən qaldırılan məsələləri geniş müzakirə ediblər.
Videformat şəklində keçirilən görüşdə hər bir fermer aid olduğu rayon ilə bağlı suvarma suyu təminatına köməklik göstərilməsi məqsədilə təkliflərini bildiriblər.
Cəmiyyətin sədri Zaur Mikayılov bu cür görüşlərin gələcəkdə də tez-tez təşkil olunacağını bildirib və fermerlərin təkliflərinə dair aidiyyəti üzrə tapşırıqlar verib.
Paylaş