Monteneqro KİV-lərində Heydər Əliyev haqqında məqalələr dərc edilib

Bakı, 10 may, İMZİANFO

Monteneqronun bir sıra nəşrlərində Skalaradio (https://skalaradio.com/veliki-lider-hajdar-alijev-uz-98-godisnjicu-rodenja/), BHDinfodesk (https://bhdinfodesk.com/2021/05/10/veliki-lideri-hejdar-alijev-uz-98-godisnjicu-rodenja/), Aktuelno.me (https://www.aktuelno.me/svijet/veliki-lideri-hejdar-alijev-uz-98-godisnjicu-rodjenja/) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalələr dəc edilib.

İMZİANFO  xəbər verir ki, həmin materiallarda Azərbaycanın bu böyük siyasi xadiminin həyat yolu, Heydər Əliyevin müasir Azərbaycan dövlətinin formalaşmasında rolu, onun regional siyasətə və dünya siyasətinə töhfəsi barədə məlumat verilir.

Məqalələrdə vurğulanır ki, ölkə sakinləri öz dahi liderinin xatirəsini ehtiramla yad edir və hər il onun doğum gününün ildönümü təntənəli şəraitdə qeyd olunur.

Paylaş