Müəllimlərin əməkhaqqının ənənəvi hesablanması qaydası tədrisin təşkili formasından asılı olaraq dəyişmir

Bakı, 27 avqust, İMZAİNFO

Müəllimlərin əməkhaqqının ənənəvi hesablanması qaydası tədrisin təşkili formasından asılı olaraq dəyişmir.

İMZAİNFO xəbər verir ki, bunu avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, şagirdlərin yerdəyişməsi adi qaydada davam edəcək. Rayon qeydiyyatında olan və rayona gedən valideynlər Bakıya qayıtmaq istəyirsə və qayıda bilirsə, övladının paytaxtda təhsilinin davam etdirməsi ilə bağlı heç bir problem yoxdur. Şagirdlər onlayn qaydada da təhsillərini davam etdirə bilərlər. Azərbaycanın istənilən kənd və qəsəbəsində məktəb var, şagirdlər yerdəyişmə ilə o məktəblərdə də dərslərini davam etdirə bilərlər.

Paylaş