Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 20 yanvar,  İMZAİNFO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  İMZAİNFO-ya bildiriblər ki, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Paylaş