Muxtar respublikada əsas kapitala yönəldilmiş vəsaitin 91,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb

Naxçıvan, 22 mart,  İMZAİNFO
Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 76 milyon 962 min 700 manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən  İMZAİNFO-ya bildirilib ki, bu da bir il öncəki göstəricidən 4,4 faiz çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 70 milyon 692 min manatı və ya 91,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Paylaş