Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Naxçıvan, 13 aprel,İMZAİNFO

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu aprel ayında əhaliyə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

Muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondundan  İMZAİNFO-nun Naxçıvan bürosuna bildirilib ki, pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə bankomatlardan, kənd yerlərində yaşayan pensiyaçılar isə onların istəkləri nəzərə alınaraq poçt bölmələrindən də ala bilərlər.

Bundan başqa, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də maliyyələşdirilməsi üçün hazırda müvafiq işlər görülür.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq sığortaolunanların pensiya təminatlarında məcburi dövlət sosial sığorta haqqı şəklində toplanan pensiya kapitalı nəzərə alınır. Ödənilən məcburi dövlət sosial sığortası vətəndaşların bu günü və gələcəyinin təminatıdır. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqqı üzrə vəsaitin fondun xəzinə hesabına vaxtında daxil olması əmək pensiyaları və məcburi dövlət sosial sığortası üzrə ödəmələrin də vaxtlı-vaxtında maliyyələşdirilməsinə şərait yaradır.

Paylaş