
Bakı, 19 fevral, IMZAINFO
Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək.
IMZAINFO xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu, həmçinin bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə – idxal rüsumu ödənilmədən ixracına imkan yaradacaq.