Neft qiymətləri bahalaşıb

Bakı, 15 yanvar, İMZAİNFO
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
İMZAİNFO xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,59 dollar artaraq 86,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,70 dollar bahalaşaraq 83,82 dollar olub.
Paylaş