Neft qiymətləri bahalaşıb

Bakı, 23 aprel, İMZAİNFO
Dünya birjalarında neft qiymətləri bahalaşır.
İMZAİNFO xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 65,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,46 dollar bahalaşaraq 61,89 dollar olub.
 ..
Paylaş