
Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət və süd istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov İMZAİNFO-nun bölgə müxbirinə bildirib ki, hazırda heyvandarlıq və fərdi təsərrüfatlarda 42 min 727 baş mal-qara və 138 min baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 388 baş təşkil edir. İyunun 1-dək rayonda 5 min 128,9 ton ət (diri çəkidə), 10 min 77,3 ton süd, 3 min 611,9 quş əti, 9 milyon 118 min ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı 1,3 faiz, quş əti istehsalı isə 2,5 faiz artıb.