Neftin qiyməti bahalaşır

Bakı, 14 sentyabr, İMZAİNFO

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

İMZAİNFO xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 39,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 37,54 dollar olub.

Paylaş