Noyabrın 30-da Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestrinin konserti olacaq.

Bakı, 22 Noyabr , İMZAİNFO
Noyabrın 30-da Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestrinin konserti olacaq.
“Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək klassik musiqi gecəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə F.Şopen, F.Mendelson, F.Əmirov və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək. Konsertdə solistlər- beynəlxalq müsabiqələr laureatı, 17-ci Beynəlxalq Frederik Şopen Musiqi Müsabiqəsinin diplomatı Georgiy Osokin (fortepiano), Əməkdar artist Elvin Hoca Qəniyev (sktipka) çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, pandemiya şəraitində oktyabrın 1-dən konsert zallarının fəaliyyətinə zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə icazə verilir. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.
Paylaş