“Osaka, Kansai Ekspo 2025” dünya sərgisinə hazırlıqlarla əlaqədar Yaponiyada olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Tokio, 28 oktyabr, İMZAİNFO

“Osaka, Kansai Ekspo 2025” dünya sərgisinə hazırlıqlarla əlaqədar Yaponiyada olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Xarici İşlər Nazirliyində görüşlər keçirib. Müzakirələr zamanı “Osaka, Kansai Ekspo 2025”in baş komissarı Koji Haneda “Ekspo 2025” ilə iştirakçı ölkə kimi ilk müqaviləni imzaladığına və iki ölkə arasında əlaqələrə verdiyi əhəmiyyətə görə Azərbaycana təşəkkürünü bildirib. Yaponiyanın Nippon Fondunin sədri Yohei Sasakava ilə görüşdə isə Heydər Əliyev Fondu və Nippon Fondunun gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Bu məqsədlə Nippon Fondunun sədri Azərbaycana dəvət edilib.

Paylaş