Ötən il Ağdamda arıçılara 52 min 360 manat subsidiya ödənilib

Ağdam, 26 yanvar,  İMZAİNFO
Ağdam rayonunda 286 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 5236 arı ailəsi var. Dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması arıçılığa marağı artırıb.
Bu barədə  İMZAİNFO-nun bölgə müxbirinə Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il Ağdam rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 52 min 360 manat subsidiya ödənilib.
Paylaş