Pandemiya dövründə 40 min müəllimə internet paketlər təqdim olunub

Bakı, 27 avqust, İMZAİNFO

Pandemiya dövründə təhsil sistemində elektronlaşma və rəqəmsallaşma çox sürətlə getdi.

İMZAİNFOxəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.

O bildirib ki, aprel və mart ayları ərzində 1 milyon şagird, 100 mindən çox müəllim “Virtual məktəb”ə qoşulub. Özəl şirkətlərlə əldə olunan razılaşmaya əsasən 40 min müəllimə internet paketlər təqdim olunub.

Paylaş