
Prezident İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
İMZAİNFO xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Əliyeva Tinatin Məmməd qızı, Qaraməmmədli Yasin Alı oğlu, Rəsulov Rəis Azər oğlu və Verdizadə Nailə Allahverdi qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.