Piyada keçidinə su sızması suvarılma üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza ilə bağlıdır

Bakı, 20 iyun, İMZAİNFO
Piyada keçidinə su sızması suvarılma üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza ilə bağlıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İMZAİNFO-ya bildirilib ki, bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb. Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb.
Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.
Paylaş