Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentinə başsağlığı verib

Bakı, 13 may, İMZAİNFO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb.
İMZAİNFO xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. Qeyd edib ki, xalqının lideri olan, bütün həyat və fəaliyyəti ilə ölkəsinə hədsiz sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan beynəlxalq aləmdə yüksək nüfuz sahibi idi. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində onun müstəsna xidmətləri olmuşdur.
Sonda Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Rəşid Al Məktuma, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Paylaş