Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib

Bakı, 4 iyul, İMZAİNFO
Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
İMZAİNFO xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Muradov Fuad Rauf oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 8 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
Paylaş