PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib

Bakı, 16 may, İMZAİNFO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İMZAİNFO-ya bildiriblər ki, hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında PUA-ların idarə edilməsi üzrə bacarıqları yoxlanılıb.

Təlimlər çərçivəsində PUA heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin olunması və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Paylaş