Qəbələdə kartof əkininə maraq artıb

Qəbələ, 12 may, İMZAİNFO
Qəbələ rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Qısa müddətdə rayonda 1429,6 hektar sahədə yazlıq bitkilər əkilib. Yazlıq əkin-səpin işlərinin 524 hektarı ailə kəndli və ev təsərrüfatları, 905,6 hektarı isə müəssisələr tərəfindən aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, məhsul istehsalçıları indiyədək 397 hektar sahədə kartof əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 72 hektar çoxdur. Bu günədək təsərrüfatlarda 197,9 hektarda vələmir, 37,3 hektarda noxud, 150 hektarda tərəvəz, 5 hektarda bostan bitkiləri, 301,2 hektar sahədə qarğıdalı, o cümlədən 175,2 hektarda dən üçün qarğıdalı əkilib. Torpaq mülkiyyətçiləri 114,3 hektar sahəyə yonca, 226,9 hektara birillik ot səpiblər.
Rayonda yazlıq bitkilərin əkini davam edir.
Paylaş