
“Visa” şirkəti “She’s next qlobal təşəbbüsü” çərçivəsində Azәrbaycanda qadın sahibkarlar üçün ödәnişsiz onlayn tәhsil proqramına başlayır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, “WoWoman” və “Nargis” jurnalının tərəfdaşlığı ilə həyata keçiriləcək proqram çərçivəsində tanınmış sahibkarlar və biznes təlimçiləri tərəfindən təşkil olunacaq 8 vebinarda nəzəri və praktiki biliklәr öyrədiləcək. Proqramda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və “Facebook” qrupuna daxil olmaq lazımdır.
Qeydiyyat üçün: https://bit.ly/shesnextregister
Facebook qrupuna keçid üçün: http://bit.ly/shesnextazgroup
Proqramın formatı:
– 24 aprel – 12 iyun tarixləri arasında 8 vebinar;
– hər bir vebinarın müddəti: 2 saata qədər;
– vebinarlar “Zoom” platforması vasitəsilə keçirilir;
– vebinarlara qoşulmaq üçün keçidlər qeydiyyat zamanı göstəriləcək elektron poçt ünvanına göndəriləcək.
Proqramın iştirakçılara qazandıracaqları:
-nəzəri biliklər və ekspertlərin real təcrübəsini əks etdirən praktiki misallardan ibarət 8 pulsuz təlim;
-hər bir vebinar daxilində “sual-cavab” sessiyası zamanı ekspertlərə öz biznes ideyanız haqqında suallar vermək imkanı;
-vebinarların video yazılarına təkrar baxmaq imkanı;
-təşəbbüskar sahibkar xanımlarla tanışlıq;
-proqramın uğurla başa çatdırılması barədə sertifikatın əldə olunması.
Əlavə məlumat üçün: https://www.visa.com.az/ru_AZ/run-your-business/shes-next .html