Qanlı Yanvar hadisələri zamanı 11 nəfər lənkəranlı şəhid olub

Lənkəran, 20 yanvar, İMZAİNFO

20 Yanvar faciəsinin 32-ci ildönümü Lənkəranda da dərin hüznlə qeyd olunub. Səhər saatlarından başlayaraq rayon sakinləri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.

  • İMZAİNFO–nun bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai birliklərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

T.Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, küçələrdə nəqliyyatın hərəkəti dayanıb.

Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 6-sı Lənkəran rayonunun Haftoni qəsəbəsində Sovet Ordusunun cəza dəstələri tərəfindən öldürülüb.

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi ucaldılıb, şəhərin küçələrinə onların adları verilib.

Paylaş