Qaxın İlisu kəndinə 10 santimetrdən çox qar yağıb

Qax, 22 mart, İMZAİNFO
Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit, yağışlı hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Martın 22-si gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.
İMZAİNFO-nun bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10-15 santimetr təşkil edir.
Yağan qar sakinlər üçün problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.
Paylaş