Qobustanda indiyədək 9437 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub

Qobustan, 9 iyun,  İMZAİNFO
Qobustan rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması davam edir.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan  İMZAİNFO-nun bölgə müxbirinə bildirilib ki, vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə 9437 vətəndaş peyvənd olunub. Onlardan 3142 nəfərinə peyvəndin ikinci dozası vurulub.
Vaksinasiya edilənlərin 1469 nəfəri 65 yaşdan yuxarı, 3717 nəfəri 50-65 yaş arası, 4251 nəfəri isə 50 yaşadək olan vətəndaşlardır.
Paylaş