Səfir: İran və Azərbaycanın böyük tranzit potensialı var

Tehran, 15 may İMZAİNFO
Eyni regionda yerləşən İranla Azərbaycan nəqliyyat və tranzit sahəsində əməkdaşlıq İMZAİNFO xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Abbas Müsəvi yerli media orqanlarına müsahibəsində deyib. O bildirib ki, İran və Azərbaycanın böyük tranzit potensialı var. Bu potensialdan istifadə edib həm iki dövlət arasındakı ticarətin həcmini artırmaq, həm də tranzit daşımalardan gəlir əldə etmək mümkündür.
Səfir diqqətə çatdırıb ki, yaxın gələcəkdə İranda istehsal olunan mallar Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq və bu, hər iki ölkənin iqtisadi inkişafına daha böyük təkan verəcək.
Diplomat Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin 1 milyard dollara çatacağına əmin olunduğunu bildirib.
Abbas Müsəvi qeyd edib ki, yaxın günlərdə İran İslam Şurası Məclisinin (parlamentin) nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Paylaş