Səudiyyə şirkətləri 11 milyard dollarlıq neft-kimya şirkəti qurmaq üçün danışıqlar aparır

Bakı, 21 sentyabrİMZAİNFO

“Saudi Industrial Investment Group” və “National Petrochemical Co.” Yaxın Şərqin enerji şirkətlərini daha aşağı neft qiyməti mühitində qiymətləndirərkən potensial olaraq 11 milyard dollar dəyərində yeni şirkət yaratmaq üçün danışıqlara başlayıb.

İMZAİFO xarici saytlara istinadla xəbər verir ki, danışıqların hələlik ilkin mərhələdə olduğu və hər hansı razılığın əldə edilmədiyi bildirilir. Tərəflərdən biri olan “Saudi Industrial Investment Group” və “National Petrochemical”ın səhmlərinin 50 faizinə sahibdir.

Mümkün birləşmə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə enerji şirkətlərinin azalan tələbat səbəbindən təzyiq altında olan bazarla rəqabət aparmaq üçün fəaliyyətlərini yenidən gözdən keçirmələrinin nəticəsidir.

Xatırladaq ki, “Suudi National Petrochemical Co.” keçən il “Sahara Petrochemical Company”ni alıb. “Saudi Aramco” da təxminən 70 milyard dollarlıq razılaşma müqabilində SABIC şirkətinin əksəriyyət səhmlərini almışdı.

Paylaş