Səyyar vergi yoxlamasında tərcüməçi də dəvət oluna bilər

Bakı, 14 may, İMZAİNFO
Vergi Məcəlləsində 2022-ci il yanvarın 1-dən edilmiş dəyişikliklərə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri hallarda tərcüməçi dəvət oluna bilər. Tərcüməçinin dəvət olunması vergi orqanının rəhbərinin və ya müavininin qərarı əsasında həyata keçirilir.
İMZAİNFO Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, tərcüməçi tərcümə üçün lazım olan dili bilən, işin nəticələrində marağı olmayan şəxs olmalıdır.
Qeyd olunub ki, tərcüməçi müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, bilərəkdən yalan tərcüməyə görə tərcüməçinin məsuliyyəti və mülki qanunvericiliyə müvafiq olaraq digər məsələlər müəyyən edilə bilər.
Paylaş