Sentyabrın 15-dən başlayaraq uşaq bağçaları mərhələlərlə fəaliyyətə başlayacaq

Bakı, 27 avqust, İMZAİNFO

Sentyabrın 15-dən başlayaraq uşaq bağçaları mərhələlərlə fəaliyyətə başlayacaq.

Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının fəaliyyətinin yalnız “sarı” zonalarda bərpa olunacağı məqsədəuyğun hesab edilir.

İMZAİNFO xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.

Paylaş