
Bakı, 27 avqust, İMZAİNFO
Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaqlar. Bu il ibtidai siniflərdə 650 min şagird təhsil alacaq.
İMZAİNFO xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.