Sistem yenilənməsi ilə əlaqədar olaraq bazar günü “Azərpoçt” iş vaxtını qısaldır

Bakı, 15 yanvar, İMZAİNFO
“Azərpoçt” MMC vətəndaşların nəzərinə çatdırır ki, sistem yenilənməsi ilə əlaqədar olaraq yanvarın 16-da Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi, 2 saylı poçt filialının 63, 124, 138, 144 saylı poçt şöbələri, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-dan 16:00-a qədər vətəndaşlara xidmət göstərəcək.
MMC-dən İMZAİNFO-ya bildirilib ki, adi günlərdə olduğu kimi, poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Paylaş