Sosial sahibkarlığın inkişafını təşviq etmək üçün təkliflər paketi hazırlanacaq

Bakı, 19 aprel, İMZAİNFO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində BMT İnkişaf Proqramının beynəlxalq məsləhətçisi Lana Lovasiç ilə görüş keçirilib.

Agentliyin Strateji kommunikasiya departamentindən İMZAİNFO-ya bildirilib ki, görüşdə Azərbaycanda sosial sahibkarlığın təşviqinə dair məlumat mübadiləsi aparılıb və müvafiq fəaliyyətlərin əlaqələndirilməsi müzakirə olunub. Həmçinin əlverişli sosial ekoloji sistemin formalaşdırılması, sosial sahibkarlığın inkişafı istiqamətində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər və imkanlardan danışılıb.

Görüşün nəticəsi olaraq sosial sahibkarlığın inkişafını təşviq etmək məqsədilə BMT İnkişaf Proqramı tərəfindən təkliflər paketinin hazırlanmasına dair razılığa gəlinib.

Paylaş