Süni tənəffüs cihazına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb

Bakı, 13 sentyabr, İmzainfo

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) İMZAİNFO-ya bildiriblər ki, hazırda reanimasiya şöbələrində 123 nəfər müalicə alır. Xəstələrdən 13-ü süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2006 nəfərdir.

Paylaş