Təhsil naziri: Şagird sıxlığı ilə bağlı ciddi problemlə üzləşəcəyimizi düşünmürük

Bakı, 27 avqust, İMZAİNFO

Azərbaycanda fəaliyyət göstərən 4439 məktəbdən cəmi 182-də 1500 və ya daha çox şagird təhsil alır. Digər məktəblərdə şagird sayı əsasən aşağıdır. 2335 məktəbdə şagird sayı 200 nəfərdən az, 2104 məktəbdə isə şagird sayı 200 nəfərdən çoxdur. Ümumilikdə şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində ciddi problemlə üzləşəcəyimizi düşünmürük.

İMZAİNFO xəbər verir ki, bunu avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ölkədə şagird sayının 30 nəfərdən az olduğu siniflər təxminən 93,3 faiz təşkil edir. Ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil.

Paylaş