“Türk Hava Yolları” Ankara-Bakı-Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayacaq

Bakı, 25 sentyabr, İMZAİNFO

“Türk Hava Yolları” Ankara-Bakı-Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayacaq.

Aviaşirkətdən İMZAİNFO-Ya bildirilib ki, “Türk Hava Yolları” oktyabrın 2-dən etibarən Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə nəzərdə tutulur və “AnadoluJet” markası ilə həyata keçiriləcək. Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı–Ankara–Bakı reysinə bilet əldə etmək “www.anadolujet.com” web səhifəsini ziyarət etmək və ya səlahiyyətli agentliklərə müraciət etməklə mümkündür. Ankara uçuşlarında tələbə endiriminin qüvvədə olduğu və tətbiq ediləcəyi qeyd olunub.

Əlavə olaraq “Türk Hava Yolları”nın İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək, oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul–Naxçıvan–İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

Paylaş