Ümumi inşaat işlərinin 91 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

Bakı, 18 mart, İMZAİNFO
Cari ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 58,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,4 faizini əsaslı təmir, 8 faizini cari təmir, 24,8 faizini isə digər tikinti işləri təşkil edib.
Dövlət Statistika Komitəsindən  İMZAİNFO-ya verilən məlumata görə, ümumi inşaat işlərinin 91 faizini qeyri-dövlət tikinti müəssisələri həyata keçirib.
 

Paylaş