Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında yeni subartezian quyuları qazılacaq – SƏRƏNCAM

Bakı, 9 iyun,  İMZAİNFO

Prezident İlham Əliyev iyunun 9-da “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

  İMZAİNFO xəbər verir ki, Sərəncama əsasən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.Qazılması nəzərdə tutulan subartezian quyularınınyaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra№-siRayonunadıQuyularınsayı, ədədYaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
      1.Xaçmaz5Aslanoba kəndi381
Çaxmaqlı kəndi163
Ləcət kəndi2292
Müşkür kəndi1877
Yeni Həyat qəsəbəsi3903
      2.   Quba3Dağlı kəndi1747
Susayqışlaq kəndi609
Vladimirovka kəndi3419
    Qusar3Avaranqışlaq kəndi564
Bədirqala kəndi873
Nəcəfkəndoba kəndi120
   Şabran2Padar kəndi586
Sincanboyad kəndi812
Cəmi:131317 346

Paylaş