Xaricə gedən azərbaycanlıların 78,6 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Bakı, 19 sentyabr, İMZAİNFO

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 78,6 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin xarici ölkələrə səfər edən vətəndaşlarımızın 19,1 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatına üstünlük verib.

Paylaş